Azərbaycan Vyetnamdan düyü idxalını kəskin artırıb
- 01 iyun, 2024
- 13:01
Bu ilin yanvar-mart aylarında Azərbaycana 20 milyon ABŞ dolları dəyərində 18 min 962 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % çoxdur, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 16,41 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 14 min 407 ton (-28 %), Çindən 1,31 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 min 624 ton (+2,4 dəfə), Vyetnamdan 1,1 milyon ABŞ dolları dəyərində (+5 440 dəfə) 1 min 349 ton (+13 490 dəfə), Pakistandan 748 min ABŞ dolları dəyərində (+98 %) 873 ton (+69 %), Türkiyədən 352 min ABŞ dolları dəyərində (+10 dəfə) 572 ton (+36 dəfə) düyü alıb.
2023-cü ildə Azərbaycana 25 ölkədən idxal edilmiş 54 min 591 ton düyünün 82,5 %-i Hindistanın payına düşüb.