Azərbaycan və Stavropol arasında ticarət dövriyyəsi 10 % artıb

Biznes
  • 14 dekabr, 2023
  • 13:23
Azərbaycan və Stavropol arasında ticarət dövriyyəsi 10 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiyanın Stavropol vilayəti arasında ticarət dövriyyəsi 165 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Stavropolun İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Nazir Denis Polyubinin sözlərinə görə, Azərbaycan bölgənin əsas xarici ticarət tərəfdaşı olaraq qalır və hesabat dövründə Stavropolun ölkəyə ixracı 154 milyon ABŞ dolları təşkil edib: “Azərbaycana əsasən buğda, qarğıdalı və arpa tədarük edilib ki, bu da , bütün ixracın təxminən 80 %-ni təşkil edib”.

Bundan başqa, Stavropoldan Azərbaycan bazarına qənnadı məmulatları, günəbaxan yağı və mineral sular da göndərilib.

Bölgədən ixrac edilən sənaye malları arasında mineral gübrələr, plastik məmulatlar, dam örtükləri və elektrik sayğacları əsas yeri tutub. Gələn il Azərbaycan və Stavropol arasında ticarət dövriyyəsinin artırılması gözlənilir, məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti