Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə edib Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrinin dayanıqlı inkişafı müzakirə edilib.
Biznes
20 Fevral , 2024 15:29
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrinin dayanıqlı inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpa olun anenerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iqtisadiyyat naziri Azərbaycanla Səudiyyə Ərəbistanının iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, enerji sahəsinin ikitərəfli əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. O, ölkəmizdə investorlar üçün əlverişli mühitin olduğu, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda alternativ və bərpa olunan enerji üzrə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd edib. M.Cabbarov İnvestisiya əməkdaşlığının genişləndirilməsi, enerji keçidi dövründə rəqəmsallaşma üzrə təcrübə mübadiləsinin aparılması istiqamətlərində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səudiyyə Ərəbistanının energetika nazirinin müavini ölkəsinin Azərbaycanla qarşılıqlı biznes dialoqunun genişlənməsindən məmnunluğunu ifadə edib, ikitərəfli iqtisadi əlaqələrin gündəliyində olan məsələlər, birgə layihələrin reallaşdırılması barədə fikirlərini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi