Azərbaycan və Rusiya nəqliyyat və infrastruktur tərəfdaşlığını gücləndirir
Azərbaycan və Rusiya nəqliyyat və infrastruktur tərəfdaşlığını gücləndirirAzərbaycan və Rusiya nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Azərbaycan və Rusiya nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyi görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə edilib.
Bu mələlər arasında iki ölkə arasında ikitərəfli ticarətin dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi, nəqliyyat və infrastruktur layihələri çərçivəsində tərəfdaşlığın gücləndirilməsi, həmçinin əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi mövcuddur.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyimiz görüşdə #iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə etdik:
– İkitərəfli #ticarət-in dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi;