Azərbaycan və İsrail birgə investisiya layihələrinin icrasını müzakirə edib
Azərbaycan və İsrail birgə investisiya layihələrinin icrasını müzakirə edibAzərbaycan və İsrail arasında birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.
Azərbaycan və İsrail arasında birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə baş tutub. Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri - İsrail şirkətləri ilə birgə investisiya layihələri reallaşdırılmasını, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsini, ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqini nəzərdən keçirib.
İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik: • #İsrail şirkətləri ilə birgə #investisiya layihələrinin reallaşdırılması; • İşgüzar… pic.twitter.com/s6I4ihZRrG