Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb

Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb Bu gün Bakıda keçirilən Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalanıb.
Biznes
11 Mart , 2022 19:26
Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb

Bu gün Bakıda keçirilən Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalanıb.

“Report” xəbər verir ki, bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir.

Onlardan biri İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumudur. Sənədin məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Bundan başqa, tərəflər iclasın yekun protokoluna imza atıblar.

Son xəbərlər

Orphus sistemi