Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirəcək Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlarla bağlı müzakirələr aparıb.
Biznes
17 Yanvar , 2024 13:19
Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlarla bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşündə baş tutub: "Tərəflər görüşdə ölkələr arasında münasibətlərin prioritet istiqamətlərini, ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər”.

Qeyd edək ki, dünən nazir Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə çıxış edib.

Xatırladaq ki, Davos İqtisadi Forumunun yanvarın 14-də açılış mərasimi keçirilib. Forum yanvarın 19-dək davam edəcək. Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

Son xəbərlər

Orphus sistemi