Azərbaycan üç ölkədən günəş eynəklərin alışını kəskin artırıb

Biznes
  • 29 iyun, 2023
  • 13:18
Azərbaycan üç ölkədən günəş eynəklərin alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1,43 milyon ABŞ dolları dəyərində 825 min 109 ədəd günəş eynəyi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 813,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 811 min 298 ədəd (+3,6 dəfə), İtaliyadan 501,68 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 5 min 886 ədəd (+3,6 dəfə), Yaponiyadan 47,43 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 224 ədəd (+3 dəfə), Amerika Birləşmiş Ştatları 23,14 min ABŞ dolları dəyərində 3 min 214 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 16,69 min ABŞ dolları dəyərində (-56,6 %) 4 min 83 ədəd (-47,8 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (18 ölkədən) idxal edilən 701 min 791 ədəd günəş eynəyinin 96,3 %-i Çinin payına düşüb.

44 filmi