Azərbaycan Türkmənistandan sürtkü yağı idxalını bərpa edib
- 27 noyabr, 2024
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 115 milyon ABŞ dolları dəyərində 69 min 569 ton sürtkü yağları idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 34,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 39 min 527 ton (-17 %), Türkiyədən 28,8 milyon ABŞ dolları dəyərində (-9 %) 10 min 545 ton (-7 %), Almaniyadan 18,4 milyon ABŞ dolları dəyərində (-6 %) 4 min 435 ton (-1,4 %), Belçikadan 5,4 milyon ABŞ dolları dəyərində (-3,3 %) 1 min 377 ton (-4 %), Cənubi Koreyadan isə 4,2 milyon ABŞ dolları dəyərində (+17 %) 1 min 208 ton (-8 %) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Türkmənistandan (1,8 milyon manat dəyərində 2 min 501 ton) tədarükü bərpa edib.