Azərbaycan Türkiyədən sarıkök alışını kəskin artırıb
- 11 iyul, 2023
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 246,4 min ABŞ dolları dəyərində 190,2 ton sarıkök idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 116,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,3 % çoxdur) 93,2 ton (+14 %), İrandan 115,3 min ABŞ dolları dəyərində (+20 %) 94,2 ton (+24 %) və Türkiyədən 15 min ABŞ dolları dəyərində (+95 %) 2,8 ton (+3,3 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 529,22 ton sarıkökün 52,3 %-i İranın, 46 %-i Hindistanın payına düşüb.