Azərbaycan Türkiyədən oktyabrda sement idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Biznes
  • 08 noyabr, 2023
  • 08:41
Azərbaycan Türkiyədən oktyabrda sement idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 41,413 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 4,485 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,6 % çoxdur.

10 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 14,9 % azalaraq 3,905 milyard ABŞ dollarına düşüb, oktyabrda isə 11,6 % azalaraq 0,366 milyard ABŞ dollarına enib.