Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
- 13 dekabr, 2025
- 17:56
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.
Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,7 % azdır.
Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % artaraq 12,134 milyard ABŞ dollarına, noyabr ayında isə 0,9 % azalaraq 1,049 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 1 milyard 438,557 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,5 % çox), İtaliya 955,392 milyon ABŞ dolları (+26,5 %) və Bolqarıstan 657,534 milyon ABŞ dolları (+15,9 %) dəyərində həyata keçirib.