Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci təxminən 45 % azaldıb

Biznes
  • 04 mart, 2024
  • 08:27
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci təxminən 45 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,094 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,7 % azdır.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 1,473 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,2 % azdır.

İki ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 24,5 % azalaraq 264 milyon ABŞ dollara, fevral ayında isə 16,5 % azalaraq 143 milyon ABŞ dollara düşüb.

44 filmi