Azərbaycan Səudiyyə Ərəbistanından polistirol alışını 3 dəfə artırıb
- 16 avqust, 2024
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 2 min 135 ton polistirol idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 67 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 27 % çox) 757 ton (+30 %), İrandan 1,1 milyon ABŞ dolları dəyərində (+74 %) 767 ton (+2,1 dəfə), Rusiyadan 638 min ABŞ dolları dəyərində (+88 %) 458 ton (+84 %), Səudiyyə Ərəbistanından 166,3 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 124 ton (+3 dəfə), Çindən 50,5 min ABŞ dolları dəyərində (+68 %) 25,5 ton (+50 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 4 min 602 ton polistirolun 40,7 %-i İranın, 36,3 %-i Türkiyənin payına düşüb.