Azərbaycan şərabları Avstriyada təqdim olunub

Azərbaycan şərabları Avstriyada təqdim olunub Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tərəfindən 25-27 mayda Azərbaycan şərabları ilk dəfə Avstriyanın ən böyük şərab sərgisi olan "VieVinum 2024"də nümayiş etdirilib.
Biznes
29 May , 2024 15:12
Azərbaycan şərabları Avstriyada təqdim olunub

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı mayın 25-27-də ölkəmizin şərablarını ilk dəfə Avstriyanın ən böyük şərab sərgisi olan "VieVinum 2024"də nümayiş etdirib.

"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Sərgidə Azərbaycanın 5 şərab istehsalçısının müxtəlif brendli şərabları ziyarətçilərə təqdim edilib. Sərginin əsas ziyarətçiləri Avstriya, Macarıstan, Çexiya, Almaniya, Slovakiya və digər ölkələrdən olan şərab distributorları, şərab evlərinin sahibləri, şərab biliciləri (sommelier), HoReCa (hotel, restoran, keytrinq) nümayəndələri, üzümçülük və şərabçılıq üzrə təhsil alan tələbələr, tədqiqatçılar, şərablar üzrə məqalə müəllifləri, şərab turları təşkilatçıları olub. Ziyarətçilərə Azərbaycanın şərabçılıq tarixi, hazırda şərabçılıq sektorunun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi