Azərbaycan Rusiyadan mərci alışını kəskin artırıb
- 19 iyun, 2023
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 2,647 milyon ABŞ dolları dəyərində 3 min 883 ton mərci gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 % azdır, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89,3 % çoxdur) 2 min 464 ton (+2,8 dəfə), Qazaxıstandan 944 min ABŞ dolları dəyərində (-48 %) 1 min 108 ton (-26 %), Qırğızıstandan 250 min ABŞ dolları dəyərində (-26 %) 269 ton (+1,1 %), Kanadadan 36,12 min ABŞ dolları dəyərində (-84 %) 28,95 ton (-84,4 %), Türkiyədən 16 min ABŞ dolları dəyərində (+77,4 %) 13,31 ton (+2,4 dəfə) mərci alıb.
2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilmiş 7 min 490 ton mərcinin 38,6 %-i Qazaxıstanın, 35,7 %-i Rusiyanın, 20,2 %-i Qırğızıstanın payına düşüb.