Azərbaycan Qırğızıstandan noxud idxalını bərpa edib
- 30 yanvar, 2025
- 09:03
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,44 milyon ABŞ dolları dəyərində 1 584 ton qurudulmuş noxud idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 467 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 6 % çoxdur) dəyərində 1 029 ton (+2 %), Meksikadan 315 min ABŞ dolları (-20 %) dəyərində 162 ton (-19 %), Almaniyadan 199 min ABŞ dolları dəyərində (+5 dəfə) 54 ton (+5 dəfə), Hindistandan 123 min ABŞ dolları dəyərində (+14 %) 73 ton (-0,5 %), Macarıstandan 104 min ABŞ dolları dəyərində (+79 %) 34 ton (+31 %) noxud alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Qırğızıstandan tədarükü (16 min ABŞ dolları dəyərində 34 ton) bərpa edib.