Azərbaycan Qırğızıstana antifriz ixracını bərpa edib

Biznes
  • 17 dekabr, 2024
  • 12:04
Azərbaycan Qırğızıstana antifriz ixracını bərpa edib

Bu ilin yanvar-oktyabr ayında Azərbaycan 245,5 min ABŞ dolları dəyərində 284,5 ton antifriz ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 76 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 89 ton (-2 %), Türkmənistana 54 min ABŞ dolları dəyərində 70 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 28,75 min ABŞ dolları dəyərində (-55 %) 34,82 ton (-44 %), Rusiyaya 28,7 min ABŞ dolları dəyərində (-12 %) 24,34 ton (+20 %), Qırğızıstana 21,55 min ABŞ dolları dəyərində 26,15 ton antifriz satıb.

Azərbaycan 5 ilin tamamında Qırğızıstana antifriz tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti