Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb

Biznes
  • 09 dekabr, 2025
  • 15:30
Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,4 % artaraq 1,1 milyard ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 52,4 %, meyvə-tərəvəzin ixrac dəyəri 28,6 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 16,8 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 13,9 %, pambıq ipliyin ixrac dəyəri 13,3 %, çayın ixrac dəyəri 3 %, bitki və heyvan mənşəli piy-yağın ixrac dəyəri isə 2 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,1 % artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 0,3 % artaraq 288,2 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,4 % artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti