Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb Azərbaycan 2024-cü ildə 85 min 286 ton qarğıdalı idxal edilib.
Biznes
25 yanvar 2025 07:17
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan 85 min 286 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 24 milyon 64 min ABŞ dolları təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 12 min 224 ton (16,7 %), dəyər baxımından isə 3 milyon 239 min ABŞ dolları (15,5 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.

Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi