Azərbaycan polimer qatqıları ixrac edəcək
- 24 oktyabr, 2023
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkında açılışı olan polimer qatqıların istehsalı müəssisəsi “Novus Plastica” MMC-də istehsal edilən məhsulun 60 %-i ixrac ediləcək, 40 %-i yerli bazarı təmin edəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müəssisənin direktoru Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, müəssisədə illik 6 min ton qara polimer qatqı, 2 min ton sənaye qablaşdırma plyonkası istehsal ediləcək: “Zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir”.
F. Cəfərov qeyd edib ki, investisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-yədək insan daimi işlə təmin ediləcək.