Azərbaycan Özbəkistandan qurudulmuş ərik alışını 7 dəfə artırıb

Biznes
  • 29 avqust, 2024
  • 13:34
Azərbaycan Özbəkistandan qurudulmuş ərik alışını 7 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 566,5 ton qurudulmuş ərik idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq 7,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 915 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 172 ton (-30 %), Özbəkistandan 597 min ABŞ dolları dəyərində (+9 dəfə) 230,4 ton (+7 dəfə), İrandan 422 min ABŞ dolları dəyərində (-44 %) 121 ton (-51 %), Tacikistandan 87,2 min ABŞ dolları dəyərində 43,6 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 0,24 min ABŞ dolları dəyərində (+60 %) 0,02 ton (+2 dəfə) məhsul idxal edib.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 1 min 603 ton qurudulmuş əriyin 29,5 %-i İranın, 27,8 %-i Türkiyənin, 23,8 %-i Özbəkistanın payına düşüb.

44 filmi