Azərbaycan Özbəkistana şəkər ixracını bərpa edib
- 22 avqust, 2024
- 10:31
Bu ilin I yarısında Azərbaycan 13,6 milyon ABŞ dolları dəyərində 17 min 753 ton şəkər ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 12 % azdır.
Hesabat dövündə Azərbaycan Türkmənistana 9,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 12 min 608 ton (-5 %), Özbəkistana 2 milyon ABŞ dolları dəyərində 2 min 427 ton, Tacikistana 1,7 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 1 min 984 ton (+6 dəfə), Rusiyaya 462 min ABŞ dolları dəyərində (-12 %) 447 ton (+9 %), Gürcüstana 174 min ABŞ dolları dəyərində (-93 %) 192 ton (-95 %) məhsul satıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından Özbəkistana şəkər tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31,777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.