Azərbaycan Özbəkistana mineral su ixrac etməyə başlayıb
- 12 dekabr, 2024
- 08:24
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 811,81 min ABŞ dolları dəyərində 140,26 min dekalitr mineral su ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 467 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 85,6 min dekalitr (+95 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 219 min ABŞ dolları dəyərində (+34 dəfə) 14,63 min dekalitr (+9 dəfə), Türkiyəyə 64,5 min ABŞ dolları dəyərində (+68 %) 21,64 min dekalitr (-15 %), Estoniyaya 15,1 min ABŞ dolları dəyərində (+67 %) 5,71 min dekalitr (+65 %), Ukraynaya 13,7 min ABŞ dolları dəyərində (-26 %) 5,72 min dekalitr (-25 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana (9,93 min ABŞ dolları dəyərində 1,32 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 125 min dekalitr mineral suyun 47,2 %-i Rusiyanın, 24 %-i Türkiyənin payına düşüb.