Azərbaycan ötən il Şərqi Anadoludan 104 milyon dollarlıq mal alıb

Biznes
  • 10 yanvar, 2024
  • 13:06
Azərbaycan ötən il Şərqi Anadoludan 104 milyon dollarlıq mal alıb

2023-cü ildə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Şərqi Anadolu İxracatçılar Birliyinə (DAİB) üzv şirkətlərdən 104,366 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə DAİB-ə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycan bölgənin 4-cü əsas alıcısı olub. Ümumi ixracda Azərbaycanın payı 3,9 % təşkil edib.

Hesabat dövründə DAİB-dən ən çox ixrac İraq (592,558 milyon ABŞ dolları), Malta (192,652 milyon ABŞ dolları) və İran (147,951 milyon ABŞ dolları) istiqamətində həyata keçirilib.

Ötən il DAİB-in ixracının dəyəri əvvəlki illə müqayisədə 8,6 % artaraq 2 660,641 milyon ABŞ dollarına çatıb.

DAİB Ağrı, Ardahan, Batman, Bayburt, Bingöl, Bitlis, Ərzurum, Ərzincan, Elazığ, Iğdır, Hakkari, Muş, Şırnak, Tunceli, Van, Qars və Siirtdən olan şirkətləri öz ətrafında toplayıb.

44 filmi