Azərbaycan Norveçdən rəngsaz fırçaların alışını bərpa edib

Biznes
  • 29 iyun, 2023
  • 05:56
Azərbaycan Norveçdən rəngsaz fırçaların alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 662,46 min ABŞ dolları dəyərində 1,480 milyon ədəd rəngsaz fırçası gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39,4 %, kəmiyyət olaraq – 50,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 553,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 1,05 milyon ədəd (+44 %), Çindən 47,65 min ABŞ dolları dəyərində (+71 %) 259,21 min ədəd (+9,3 %), Polşadan 24,01 min ABŞ dolları dəyərində 156,51 min ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 17,89 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,44 min ədəd (-97 %), Çexiyadan 13,12 min ABŞ dolları dəyərində 8,25 min ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Norveçdən rəngsaz fırçaların tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti