Azərbaycan Niderlanddan pul maşını idxalını bərpa edib
- 10 iyun, 2023
- 07:12
Bu ilin I rübündə Azərbaycana 2,4 milyon ABŞ dolları dəyərində 20 min 591 ədəd pul maşını (pulların çeşidlənməsi, hesablanması və bağlanması üçün) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,7 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Macarıstandan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 dəfə çoxdur) 3 ədəd (+50 %), Çindən 416 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 19 min 798 ədəd (+2,1 dəfə), Almaniyadan 150 min ABŞ dolları dəyərində (-20 %) 6 ədəd (-54 %), Koreyadan 83 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 62 ədəd (+7,8 dəfə), İsveçrədən 20 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.
Dörd il 7 aylıq fasilənin ardından Azərbaycan Niderlanddan (0,8 min ABŞ dolları dəyərində 1 ədəd) pul maşını tədarükünü bərpa edib.