Azərbaycan Niderlanddan krevet tədarükünü bərpa edib
- 25 dekabr, 2024
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 236 ton dəniz kreveti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 705,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 130 ton (-25 %), Hindistandan 374,7 min ABŞ dolları dəyərində (-36 %) 52,8 ton (-30 %), Vyetnamdan 216,1 min ABŞ dolları dəyərində (+11 %) 15,6 ton (+7 %), İrandan 111 min ABŞ dolları dəyərində (+10 dəfə) 15,9 ton (+10 dəfə), Belçikadan 33,6 min ABŞ dolları dəyərində (+51 %) 1,9 ton (+7,3 %) krevet alıb.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Niderlanddan (39,4 min ABŞ dolları dəyərində 3,25 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 352 ton krevetin 61,4 %-i Çinin payına düşüb.