Azərbaycan Malayziyadan soyuducu alışını bərpa edib

Biznes
  • 25 iyun, 2023
  • 11:07
Azərbaycan Malayziyadan soyuducu alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 20,2 milyon ABŞ dolları dəyərində 64 min 775 ədəd soyuducu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 42 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 6,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 25 min ədəd (+49 %), Çindən 3,9 milyon ABŞ dolları dəyərində (+61 %) 16 min 200 ədəd (+2,6 dəfə), Tailanddan 3,5 milyon ABŞ dolları dəyərində (-35 %) 6 min 241 ədəd (-45 %), Türkiyədən 3 milyon ABŞ dolları dəyərində (+27 %) 9 min 632 ədəd (+65 %), Polşadan 1 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 2 min 209 ədəd (+2,6 dəfə) məhsul alıb.

Azərbaycan 7 ilin tamamında Malayziyadan (5,8 min ABŞ dolları dəyərində 10 ədəd) soyuducu alışını bərpa edib.

2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 140 min 486 ədəd soyuducunun 29 %-i Rusiyanın, 21,8 %-i Tailandın, 18,1 %-i Türkiyənin, 13,8 %-i Çinin payına düşüb.

44 filmi