Azərbaycan Liviyaya şəkər ixrac etməyə başlayıb
- 09 dekabr, 2024
- 05:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 31,82 milyon ABŞ dolları dəyərində 41 min 590 ton şəkər ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 84 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkmənistana 17,63 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % çoxdur) 24 min 960 ton (+84 %), Özbəkistana 10,6 milyon ABŞ dolları dəyərində 12 min 665 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 2,51 milyon ABŞ dolları dəyərində (+29 %) 2 min 880 ton (+36 %), Rusiyaya 749 min ABŞ dolları dəyərində (+19 %) 726 ton (+44 %), Gürcüstana 234 min ABŞ dolları dəyərində (-91 %) 252 ton (-93 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Liviyaya (0,5 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31,777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.