Azərbaycan Kosta-Rikadan pestisid tədarük etməyə başlayıb

Biznes
  • 20 noyabr, 2023
  • 06:05
Azərbaycan Kosta-Rikadan pestisid tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 4 min 552 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,01 % azdır, kəmiyyət olaraq – 9,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 23,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,8 % çoxdur) 3 min 271 ton (+12 %), Çindən 5,1 milyon ABŞ dolları dəyərində (+56 %) 754 ton (+72 %), Rusiyadan 4,35 milyon ABŞ dolları dəyərində (-9 %) 580 ton (+18 %), Almaniyadan 3,4 milyon ABŞ dolları dəyərində (+97 %) 282 ton (+12 %), Fransadan 2,3 milyon ABŞ dolları dəyərində (-42 %) 108,55 ton (-51 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kosta-Rikadan (113,4 min ABŞ dolları dəyərində 1,55 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 6 min 357 ton pestisidin 58,7 %-i Türkiyənin payına düşüb.

44 filmi