Azərbaycan körfəz ölkələrinə albalı və gilas tədarükünü bərpa edib
- 16 sentyabr, 2024
- 14:00
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 24,7 milyon ABŞ dolları dəyərində 25 min 824 ton albalı və gilas ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 27 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 24,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % azdır) 25 min 620 ton (-27 %), Qazaxıstana 149 min ABŞ dolları dəyərində (-30 %) 157 ton (-45 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 67,5 min ABŞ dolları dəyərində 20,9 ton, Qətərə 24,7 min ABŞ dolları dəyərində 6,4 ton, Belarusa 18,6 min ABŞ dolları dəyərində (-89 %) 17,7 ton (-71 %) məhsul satıb.
Azərbaycan 7 il 5 ayın tamamında Qətərə, 1 il 7 aylıq fasilənin ardından isə BƏƏ-yə tədarükü bərpa edib.