Azərbaycan Keniyadan avokado alışını kəskin artırıb

Biznes
  • 06 iyun, 2023
  • 12:46
Azərbaycan Keniyadan avokado alışını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 273 min ABŞ dolları dəyərində 104 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 52 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Keniyadan 90,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17,5 dəfə çoxdur) 28,4 ton (+16,4 dəfə), Türkiyədən 71,1 min ABŞ dolları dəyərində (-28 %) 47,4 ton (-28 %), Perudan 38,1 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 11,6 ton (+2,8 dəfə), Lüksemburqdan 23,1 min ABŞ dolları dəyərində (+19,2 %) 3,8 ton (+23 %), Çilidən 18,5 min ABŞ dolları dəyərində (+17 dəfə) 4,6 ton (+26 dəfə) meyvə alıb.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti