Azərbaycan İran və İndoneziyadan darçın alışını kəskin artırıb

Biznes
  • 09 iyun, 2025
  • 14:52
Azərbaycan İran və İndoneziyadan darçın alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91 min ABŞ dolları dəyərində 20,34 ton darçın idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 67 % çoxdur.

Hesabat dövründə Azərbaycan Vyetnamdan 46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84 % çoxdur) 9,7 ton (+2,4 dəfə), İndoneziyadan 18,4 min ABŞ dolları dəyərində (+12 dəfə) 3,1 ton (+34 dəfə), Hindistandan 12 min ABŞ dolları dəyərində (-29 %) 4 ton (-29 %), İrandan 4,88 min ABŞ dolları dəyərində (+18 dəfə) 1,95 ton (+33 dəfə), Türkiyədən 4,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,34 ton (+2,4 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 83 ton darçının 64 %-i Vyetnamın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti