Azərbaycan iki ölkəyə sement ixracını bərpa edib

Biznes
  • 14 mart, 2023
  • 08:04
Azərbaycan iki ölkəyə sement ixracını bərpa edib

2022-ci ildə Azərbaycan 34,9 milyon ABŞ dolları dəyərində 724 min 975 ton sement ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Gürcüstana 34,9 milyon ABŞ dolları dəyəridə (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 724 min 794 ton (+15 %), Türkmənistana 27 min ABŞ dolları dəyərində 180 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,2 min ABŞ dolları dəyərində 1,5 ton, Almaniyaya 0,05 min ABŞ dolları dəyərində 0,8 ton və Türkiyəyə 0,01 min ABŞ dolları dəyərində (-99,9 %) 0,01 ton (-99,9 %) məhsul satılıb.

Altı il 2 ayın tamamında Almaniyaya və 4 il 9 aylıq aradan sonra Türkmənistana tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə ixrac həyata keçirilib.

44 filmi