Azərbaycan iki ölkədən skumbriya balığının idxalını bərpa edib

Biznes
  • 01 sentyabr, 2022
  • 12:37
Azərbaycan iki ölkədən skumbriya balığının idxalını bərpa edib

Bu ilin I yarısında Azərbaycana 1,2 milyon ABŞ dolları dəyərində 668,7 ton skumbriya (dondurulmuş) balığı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,7 %, kəmiyyət olaraq – 12,9 % azdır.

Hesabat dövründə İslandiyadan 433 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 56 % azalıb) 255 ton (-53,6 %), Rusiyadan 305 min ABŞ dolları dəyərində (+65,8 %) 190,2 ton (+2,1 dəfə), Norveçdən 194 min ABŞ dolları dəyərində (+5,4 %) 96,3 ton (-7,4 %), İrlandiyadan 148 min ABŞ dolları dəyərində 78 ton və Böyük Britaniyadan 89 min ABŞ dolları dəyərində 49,2 ton məhsul gətirilib.

Beş il 1 aylıq fasilənin ardından İrlandiyadan, 1 il 7 aylıq aradan sonra Böyük Britaniyadan tədarük bərpa edilib.