Azərbaycan iki ölkədən kokos yağının tədarükünü bərpa edib
- 01 sentyabr, 2024
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 880 min ABŞ dolları dəyərində 563,4 ton kokos yağı idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Malayziyadan 414,46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 265 ton (+64 %), İndoneziyadan 358,1 min ABŞ dolları dəyərində (+29 %) 240,6 ton (+38 %), Rusiyadan 100,1 min ABŞ dolları dəyərində (-39,4 %) 57,1 ton (-17,3 %), İtaliyadan 2,69 min ABŞ dolları dəyərində 0,14 ton, Türkiyədən 1,68 min ABŞ dolları dəyərində (+63 %) 0,13 ton (+62,5 %) kokos yağı alıb.
Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (0,04 min ABŞ dolları dəyərində 0,02 ton) və İtaliyadan tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 541 ton kokos yağının 49,9 %-i Malayziyanın, 32,3 %-i İndoneziyanın payına düşüb.