Azərbaycan iki ölkədən alüminium oksidinin idxalını bərpa edib

Biznes
  • 17 fevral, 2025
  • 12:19
Azərbaycan iki ölkədən alüminium oksidinin idxalını bərpa edib

2024-cü ildə Azərbaycan 50,6 milyon ABŞ dolları dəyərində 99 742 ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 1,3 % çox, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 33,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çoxdur) 66 029 ton (+5 dəfə), İrlandiyadan 9,2 milyon ABŞ dolları dəyərində 17 733 ton (5 il 10 aydan sonra tədarük bərpa edilib), İspaniyadan 7,3 milyon ABŞ dolları dəyərində 15 553 ton (5 il 7 aydan sonra tədarük bərpa edilib), Rusiyadan 174,2 min ABŞ dolları dəyərində (+829 dəfə) 47 ton (+783 dəfə), Türkiyədən 108 min ABŞ dolları dəyərində (+54 %) 253 ton (+94 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 109 min ton alüminium oksidinin 26,4 %-i İndoneziyanın, 25,9 %-i Braziliyanın, 22,9 %-i Yamaykanın payına düşüb.