Azərbaycan Gürcüstandan yunan qozunun alışını bərpa edib

Biznes
  • 28 yanvar, 2025
  • 09:40
Azərbaycan Gürcüstandan yunan qozunun alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 19,14 milyon ABŞ dolları dəyərində 5 594 ton yunan qozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 55 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 10,58 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 3 486 ton (+36 %), Qırğızıstandan 4,85 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 085 ton (+2,7 dəfə), Özbəkistandan 2,19 milyon ABŞ dolları dəyərində (+61 %) 550 ton (+74 %), Amerika Birləşmiş Ştatlarından 470,3 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 122 ton (+97 %), Çindən 447 min ABŞ dolları dəyərində (+3 dəfə) 84 ton (+87 %) qoz gətirib.

Azərbaycan 5 il 4 aylıq fasilənin ardından Gürcüstandan (90,1 min ABŞ dolları dəyərində 23 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 5 min ton yunan qozunun 73,8 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti