Azərbaycan Gürcüstandan traktor tədarükünü bərpa edib
- 29 mart, 2023
- 05:50
2023-cü ilin yanvar ayında Azərbaycana 13,8 milyon ABŞ dolları dəyərində 603 ədəd traktor idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Niderlanddan 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 dəfə çoxdur) 181 ədəd (+3,8 dəfə), Belarusdan 3,32 milyon ABŞ dolları dəyərind 125 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 2,82 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 149 ədəd (+2,8 dəfə), İsveçdən 2 milyon ABŞ dolları dəyərində (+5,1 dəfə) 96 ədəd (+4,6 dəfə), Gürcüstandan 435,1 min ABŞ dolları dəyərində 9 ədəd texnika alıb.
İki il 2 aylıq fasilənin ardından Gürcüstandan traktor tədarükü bərpa edilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilən 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.