Azərbaycan Gürcüstandan PVC idxalını bərpa edib

Biznes
  • 19 dekabr, 2024
  • 08:36
Azərbaycan Gürcüstandan PVC idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 19,61 milyon ABŞ dolları dəyərində 23 min 707 ton polivinilxlorid (PVC) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 14,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 18 min 535 ton (+40 %), İrandan 2,74 milyon ABŞ dolları dəyərində (-29 %) 3 min ton (-22 %), Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (+50 %) 1 min 170 ton (+60 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 680 min ABŞ dolları dəyərində (-90 %) 642 ton (-91 %), Almaniyadan 90 min ABŞ dolları dəyərində (+692 dəfə) 40 ton (+2 min dəfə) məhsul alıb.

Azərbaycan 7 ilin tamamında Gürcüstandan (26 min ABŞ dolları dəyərində 19 ton) tədarükü bərpa edib.