Azərbaycan Gürcüstandan karri tədarükünü bərpa edib

Biznes
  • 24 oktyabr, 2024
  • 13:13
Azərbaycan Gürcüstandan karri tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 140 min ABŞ dolları dəyərində 37,9 ton karri idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 39,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 19,2 ton (+16 %), Almaniyadan 34,3 min ABŞ dolları dəyərində (+33 %) 5,1 ton (+28 %), Gürcüstandan 21,1 min ABŞ dolları dəyərində 1,32 ton, Türkiyədən 16,2 min ABŞ dolları dəyərində (-22 %) 4,55 ton (-7 %), Hindistandan 15,5 min ABŞ dolları dəyərində (+4 dəfə) 3,62 ton (+5,2 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Gürcüstandan karri tədarükünü bərpa edib.

44 - Tezliklə