Azərbaycan əsas tədarük bazarlarından birindən taxta-şalban alışını kəskin artırıb

Biznes
  • 03 iyul, 2023
  • 11:20
Azərbaycan əsas tədarük bazarlarından birindən taxta-şalban alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,8 milyon ABŞ dolları dəyərində 1 min 549 ton taxta-şalban gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,7 %, kəmiyyət olaraq – 26,7 % azdır.

Hesabat dövründə Azərbaycan Belarusdan 582 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 90 % çoxdur) 712,4 ton (+2,2 dəfə), Rusiyadan 471,7 min ABŞ dolları dəyərində (-33,2 %) 448,4 ton (-58 %), Çindən 251 min ABŞ dolları dəyərində (-38,6 %) 152 ton (-51 %), Ukraynadan 190 min ABŞ dolları dəyərində (+4,4 %) 163 ton (-36 %), Türkiyədən 108,4 min ABŞ dolları dəyərində (+48 %) 22,22 ton (-47 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 7 min ton taxta-şalbanın 38 %-i Rusiyanın, 30 %-i Belarusun payına düşüb.

44 filmi