Azərbaycan əsas tədarük bazarlarından birindən meşə materialları alışını 30 dəfə artırıb

Biznes
  • 23 iyun, 2023
  • 12:07
Azərbaycan əsas tədarük bazarlarından birindən meşə materialları alışını 30 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 61 milyon ABŞ dolları dəyərində 287 min 862 kubmetr meşə materialı (uzununa doğranmış) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96,4 %, kəmiyyət olaraq – 47,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 34,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 dəfə çoxdur) 164 min 720 kubmetr (+30 dəfə), Rusiyadan 26,51 milyon ABŞ dolları dəyərində (-9 %) 122 min 487 kubmetr (-35 %), Ukraynadan 199 min ABŞ dolları dəyərində (+62 %) 475 kubmetr (+38 %), Türkiyədən 63,3 min ABŞ dolları dəyərində (-50 %) 106,1 kubmetr (-82 %), Malayziyadan 44,22 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 21,61 kubmetr (+3,3 dəfə) material alıb.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 827,7 min kubmetr meşə materialının 73 %-i Rusiyanın, 26,4 %-i Belarusun payına düşüb.

44 filmi