Azərbaycan əsas tədarük bazarlarından birindən küncüt toxumu alışını kəskin artırıb
- 02 sentyabr, 2022
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan xaricdən 369 min ABŞ dolları dəyərində 184,6 ton küncüt toxumu alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Hindistandan 222 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 5 dəfə artıb) 105,1 ton (+ 4 dəfə), Özbəkistandan 135 min ABŞ dolları dəyərində (-24,2 %) 74,7 ton (-28,6 %), İrandan 7 min ABŞ dolları dəyərində (-35,6 %) 3,9 ton (-35 %), Türkiyədən 5 min ABŞ dolları dəyərində (-10,3 %) 0,9 ton (-21,8 %), Rusiyadan 0,24 min ABŞ dolları dəyərində (-71,4 %) 0,03 ton (-84,2 %) məhsul idxal edilib.
Ötən il Azərbaycanın xaricdən (11 ölkədən) aldığı 344,1 ton küncüt toxumunun 54,7 %-i Özbəkistanın, 24,1 %-i Hindistanın, 7,8 %-i İranın payına düşüb.