Azərbaycan əsas tədarük bazarlarından birindən kişmiş alışını kəskin azaldıb
- 14 aprel, 2022
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 1,61 milyon ABŞ dolları dəyərində 773,36 ton qurudulmuş üzüm alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 17,4 % azdır.
Hesabat dövründə Özbəkistandan 1,56 milyon ABŞ dolları dəyərində 741,41 ton, İrandan 51,09 min ABŞ dolları dəyərində 31,93 ton, Almaniyadan 0,07 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Özbəkistandan tədarük müvafiq olaraq 66,8 % və 67,6 % artıb, İrandan – 93,4 % və 93,5 % azalıb, Almaniyadan – 12,5 % və 0 % azalıb.
Xatırladaq ki, ötən il ölkəyə xaricdən (6 ölkə) gətirilən 4,4 min ton qurudulmuş üzümün 54,8 %-i Özbəkistanın, 43,8 %-i İranın payına düşüb.