Azərbaycan əsas tədarük bazarlarından birindən faner alışını 30 dəfə artırıb
- 24 iyun, 2023
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 13,8 milyon ABŞ dolları dəyərində 48 min 282 kubmetr yapışqanlı faner idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,5 % azdır, kəmiyyət olaraq – 77,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 9,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azdır) 31 min 811 kubmetr (+21 %), Belarusdan 4,3 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 16 min 471 kubmetr (+30 dəfə) və Türkiyədən 0,1 min ABŞ dolları dəyərində (-99,9 %) 0,1 kubmetr (-99,96 %) material alınıb.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 86,3 min kubmetr fanerin 86,5 %-i Rusiyanın, 12,9 %-i Belarusun payına düşüb.