Azərbaycan əsas tədarük bazarından qoz idxalını kəskin artırıb
- 06 aprel, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 3,6 milyon ABŞ dolları dəyərində 1 min 34 ton yunan qozu alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 94 % çoxdur.
Hesabat dövründə Ukraynadan 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,2 dəfə çoxdur) 908 ton (+7 dəfə), Qırğızıstandan 305,2 min ABŞ dolları dəyərində (-25 %) 64 ton (-24,7 %), Çindən 104 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb), Moldovadan 95,5 min ABŞ dolları dəyərində 20,5 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 48,7 min ABŞ dolları dəyərində (-62 %) 20 ton (-50 %) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 5 min ton qozun 55 %-i Ukraynanın payına düşüb.