Azərbaycan əsas tədarük bazarından mobil telefon alışını kəskin azaldıb
- 07 aprel, 2022
- 13:26
2022-ci ilin yanvarında Azərbaycana xaricdən 22,17 milyon ABŞ dolları dəyərində 119 min 640 ədəd mobil telefon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 19,4 % azalıb.
Hesabat dövründə Çindən 10,91 milyon ABŞ dolları dəyərində 57 min 747 ədəd, Vyetnamdan 9,14 milyon ABŞ dolları dəyərində 52 min 587 ədəd, Hindistandan 2,11 milyon ABŞ dolları dəyərində 9 min 305 ədəd və Almaniyadan 2,52 min ABŞ dolları dəyərində 1 ədəd cihaz gətirilib.
Ötənilki yanvarla müqayisədə Çindən tədarük dəyər ifadəsində müvafiq olaraq 32,3 % və 45 % azalıb, Vyetnamdan – 87,2 % və 67,8 % artıb, Hindistandan – 12,4 % və 24,2 % azalıb və Almaniyadan – 71,1 % və 66,7 % azalıb.
Xatırladaq ki, ötən ilin 12 ayı ərzində Azərbaycana tədarük edilən mobil telefonların 56 %-i Çinin payına düşüb.