Azərbaycan əsas tədarük bazarından mal əti konservinin alışını kəskin artırıb

Biznes
  • 09 iyun, 2025
  • 14:03
Azərbaycan əsas tədarük bazarından mal əti konservinin alışını kəskin artırıb

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan 693 min ABŞ dolları dəyərində 276 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 87 %, kəmiyyət olaraq – 94 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 610 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 267 ton (+98 %), Belarusdan 47 min ABŞ dolları dəyərində (+2 dəfə) 7,85 ton (+2 dəfə), Türkiyədən 30 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,55 ton (+1 %), İtaliyadan 4,13 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,04 ton (+33 %), Ukraynadan 1,28 min ABŞ dolları dəyərində 0,09 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 699 ton mal əti konservinin 95 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti